Haqqımızda

“NR Pro Audit” – Etibarlılıq, Peşəkarlıq və İnkişaf Yolunda


Nicat Rəhimov, “NR Pro Audit” MMC-nin audit partnyoru kimi şirkətin peşəkar inkişafında aparıcı rol oynayır. O, audit və əminlik xidmətləri sahəsində 17 ilə yaxın təcrübəyə malikdir. Nijat Rəhimov karyerası boyunca Azərbaycanın aparıcı audit şirkətlərində – Baker Tilly Audit Azerbaijan və Moore Stephens Azerbaijan firmalarında çalışmış, həmçinin Dünya Bankı və Asiya İnkişaf Bankı kimi beynəlxalq təşkilatların layihələrində iştirak etmişdir.


Nicat Rəhimovun peşəkar fəaliyyəti IFRS və IPSAS standartları üzrə bankların, lizinq və hökumət təşkilatlarının auditini, konsolidə və xüsusi təyinatlı maliyyə hesabatlarının yoxlanılmasını əhatə edir. Onun rəhbərliyi ilə həyata keçirilmiş layihələr sırasında Bakı Fond Birjası, Azərbaycan Dəmir Yolları, Halliburton International Inc, Nikoilbank, Milli Kart, və bir çox digər nüfuzlu qurumlar yer alır.


Təsisçidən Mesaj:

“NR Pro Audit” ideyası peşəkar təcrübə, müştəri yönümlü yanaşma və yüksək keyfiyyət prinsipləri üzərində qurulub. Bu şirkəti yaratmaqda məqsədimiz – yalnız audit və məsləhət xidmətləri göstərmək deyil, həm də yerli bazarda beynəlxalq standartlara uyğun yeni bir yanaşma formalaşdırmaq olmuşdur. Qısa zaman ərzində qazandığımız etibar və əməkdaşlıq bizim üçün ən böyük motivasiyadır. Biz inanırıq ki, doğru komanda və dürüst yanaşma ilə etibarlı bir marka qurmaq mümkündür.
— Nijat Rəhimov, Təsisçi və Audit Partnyoru


Xidmətlərimiz

Audit, əminlik və maliyyə hesabatlarının hazırlanması
NR ProAudit audit xidmətlərini biznesin gücləndirilməsi, risklərin idarə olunması və maliyyə şəffaflığının təmin olunması üçün əsas vasitə kimi təqdim edir.
Vergi və hüquq məsləhəti xidmətləri
Biz vergi məsələlərində texniki dəstəklə yanaşı, müştərilərimizə strateji baxış, fərdi yanaşma və praktik hüquqi həllər təqdim edirik.
Biznes məsləhətləri xidmətləri
NR ProAudit biznes planlaşdırılması, investisiya layihələrinin təhlili, satınalma və restrukturizasiya proseslərində müştərilərinə strateji baxış və effektiv həllər təqdim edir.
Maliyyə məsləhətləri xidmətləri
Biz maliyyə planlaması, büdcələmə, kapital strukturlarının optimallaşdırılması və risklərin idarə olunması sahəsində etibarlı və məqsədyönlü həllər təqdim edirik.
Korporativ maliyyə idarəetməsi
“NR Pro Audit” korporativ maliyyə idarəetməsi sahəsində dərin təcrübəyə malikdir. Xidmətin müxtəlif sahələri və sənayelərində bizim xüsusi biliklərimiz mövcuddur.
Tərəfdaşlar

Müştərilərimiz bizim üçün dəyərlidir.

Xidmətlərimizdən yararlanmaq üçün bizimlə əlaqə saxlayın.