Audit, əminlik və maliyyə hesabatlarının hazırlanması

NR ProAudit olaraq biz audit xidmətlərini sadəcə qanunvericilik tələbi kimi deyil, biznesinizin təhlükəsizliyini və davamlı inkişafını təmin edən strateji bir alət kimi dəyərləndiririk. Yanaşmamızın əsasını şəffaf ünsiyyət və məsələlərin praqmatik həlli təşkil edir.

Məqsədimiz yalnız audit rəyinin verilməsi deyil – müştərilərimizin etibarlı tərəfdaşı olmaq, onların maliyyə şəffaflığını təmin etmək və qərarvermə prosesinə dəyər qatmaqdır. Audit keyfiyyəti və yüksək müştəri xidməti standartları bizim üçün ayrılmaz anlayışlardır və bu yanaşma NR ProAudit komandasının hər bir üzvünün gündəlik fəaliyyətində öz əksini tapır.

Daim sizinlə sıx əməkdaşlıq edərək maliyyə hesabatlarının dəqiqliyini, müvafiq qanunvericilik və texniki dəyişikliklərə uyğunluğu təmin edir, eləcə də şirkətinizin potensialını maksimuma çatdırmaq üçün praktik təkliflərlə dəstək veririk. Məqsədimiz sizin biznesinizin böyüməsinə və dayanıqlığına xidmət etməkdir.

Əsas xidmətlərimiz

·       Maliyyə hesabatlarının auditi

·       Maliyyə hesabatlarının nəzərdən keçirilməsi

·       Xüsusi təyinatlı audit tapşırıqları

·       Razılaşdırılmış audit prosedurlarının icrası

·       Maliyyə hesabatlarının hazırlanması

·       İnformasiya sistemləri və nəzarət mexanizmlərinin təftişi

·       Məhkəmə-mühasibat ekspertizası və araşdırmalar

Audit prosesi

NR ProAudit olaraq audit prosesi zamanı diqqətimizi yalnız rəqəmlərə deyil, sizin əməliyyat risklərinizi və daxili nəzarət mühitinizi də qiymətləndirməyə yönəldirik. Proses aşağıdakı mərhələləri əhatə edir:

·       Riskli sahələrin və kritik biznes əməliyyatlarının müəyyən edilməsi

·       Strukturun və daxili səlahiyyət bölgüsünün təhlili

·       Şöbə rəhbərləri və əməkdaşlarla müsahibələr, əsas proseslərin sənədləşdirilməsi

·       Əsas nəzarət mexanizmlərinin (spesifik risk nəzarəti, monitorinq, məlumat axını) müəyyənləşdirilməsi

·       Bu nəzarətlərin effektivliyinin və etibarlılığının yoxlanması

·       Qeyri-sistematik risklərin aşkarlanması və əlavə audit prosedurlarının tətbiqi

·       Daxili nəzarət və risk idarəetmə sisteminin təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması

 

Xidmətlərimiz

Audit, əminlik və maliyyə hesabatlarının hazırlanması
NR ProAudit audit xidmətlərini biznesin gücləndirilməsi, risklərin idarə olunması və maliyyə şəffaflığının təmin olunması üçün əsas vasitə kimi təqdim edir.
Vergi və hüquq məsləhəti xidmətləri
Biz vergi məsələlərində texniki dəstəklə yanaşı, müştərilərimizə strateji baxış, fərdi yanaşma və praktik hüquqi həllər təqdim edirik.
Biznes məsləhətləri xidmətləri
NR ProAudit biznes planlaşdırılması, investisiya layihələrinin təhlili, satınalma və restrukturizasiya proseslərində müştərilərinə strateji baxış və effektiv həllər təqdim edir.
Maliyyə məsləhətləri xidmətləri
Biz maliyyə planlaması, büdcələmə, kapital strukturlarının optimallaşdırılması və risklərin idarə olunması sahəsində etibarlı və məqsədyönlü həllər təqdim edirik.
Korporativ maliyyə idarəetməsi
“NR Pro Audit” korporativ maliyyə idarəetməsi sahəsində dərin təcrübəyə malikdir. Xidmətin müxtəlif sahələri və sənayelərində bizim xüsusi biliklərimiz mövcuddur.