Audit, əminlik və maliyyə hesabatlarının hazırlanması
NR ProAudit olaraq biz audit xidmətlərini
sadəcə qanunvericilik tələbi kimi deyil, biznesinizin təhlükəsizliyini və
davamlı inkişafını təmin edən strateji bir alət kimi dəyərləndiririk.
Yanaşmamızın əsasını şəffaf ünsiyyət və məsələlərin praqmatik həlli təşkil
edir.
Məqsədimiz yalnız audit rəyinin verilməsi
deyil – müştərilərimizin etibarlı tərəfdaşı olmaq, onların maliyyə şəffaflığını
təmin etmək və qərarvermə prosesinə dəyər qatmaqdır. Audit keyfiyyəti və yüksək
müştəri xidməti standartları bizim üçün ayrılmaz anlayışlardır və bu yanaşma NR
ProAudit komandasının hər bir üzvünün gündəlik fəaliyyətində öz əksini tapır.
Daim sizinlə sıx əməkdaşlıq edərək
maliyyə hesabatlarının dəqiqliyini, müvafiq qanunvericilik və texniki dəyişikliklərə
uyğunluğu təmin edir, eləcə də şirkətinizin potensialını maksimuma çatdırmaq
üçün praktik təkliflərlə dəstək veririk. Məqsədimiz sizin biznesinizin böyüməsinə
və dayanıqlığına xidmət etməkdir.
Əsas
xidmətlərimiz
·
Maliyyə
hesabatlarının auditi
·
Maliyyə
hesabatlarının nəzərdən keçirilməsi
·
Xüsusi
təyinatlı audit tapşırıqları
·
Razılaşdırılmış
audit prosedurlarının icrası
·
Maliyyə
hesabatlarının hazırlanması
·
İnformasiya
sistemləri və nəzarət mexanizmlərinin təftişi
·
Məhkəmə-mühasibat
ekspertizası və araşdırmalar
Audit
prosesi
NR ProAudit olaraq audit prosesi zamanı
diqqətimizi yalnız rəqəmlərə deyil, sizin əməliyyat risklərinizi və daxili nəzarət
mühitinizi də qiymətləndirməyə yönəldirik. Proses aşağıdakı mərhələləri əhatə
edir:
·
Riskli
sahələrin və kritik biznes əməliyyatlarının müəyyən edilməsi
·
Strukturun
və daxili səlahiyyət bölgüsünün təhlili
·
Şöbə
rəhbərləri və əməkdaşlarla müsahibələr, əsas proseslərin sənədləşdirilməsi
·
Əsas
nəzarət mexanizmlərinin (spesifik risk nəzarəti, monitorinq, məlumat axını) müəyyənləşdirilməsi
·
Bu
nəzarətlərin effektivliyinin və etibarlılığının yoxlanması
·
Qeyri-sistematik
risklərin aşkarlanması və əlavə audit prosedurlarının tətbiqi
·
Daxili
nəzarət və risk idarəetmə sisteminin təkmilləşdirilməsi üçün tövsiyələrin
hazırlanması